“Bornmut”dan 35 milyon avroluq transfer

“Bornmut” “Vasko da Qama”nın hücumçusu Rayanın transferini yekunlaşdırıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu artıq İngiltərəyə gedib və yanvarın 26-da tibbi müayinədən keçəcək. “Bornmut” “Vasko da Qama”ya sabit ödəniş olaraq 28,5 milyon avro və əlavə 6,5 milyon avro bonus ödəyəcək.

19 yaşlı futbolçu 2023-cü ilin yayından bəri Braziliya klubunun əsas heyətində oynayır. O, bu müddət ərzində bütün yarışlarda 99 oyunda meydana çıxıb, 25 qol vurub və 2 məhsuldar ötürmə edib. Oyunçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button