Bolt Braziliya klubunun məşqində

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt “Palmeyras” klubunun məşqlərinə qatılıb.

Komanda.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Felipe Skolarinin rəhbərlik etdiyi kollektivlə məşq edən Bolta, klubun forması hədiyyə edilib.

Bolt bir neçə gün əvvəl Fransanın “Paris” klubuyla 2 illik müqavilə imzalayıb. Yamaykalı atlet Liqa 2 təmsilçisinə mövsümün sonunda qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button