“Bizim üçün kubok da, çempionat da eyni əhəmiyyət daşıyır” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Ümumilikdə götürsək, hər iki tərəf yaxşı performans göstərdi. Oyunçularımı təbrik edirəm. Biz oyundan oyuna hazırlaşırıq, turnir cədvəlinə fikir vermirik. Qapımız qarşısında təhlükəli vəziyyətlər olur. Bu da bizim müdafiənin üstündə işləməli olduğumuzu göstərir.

Bizim üçün heç bir fərqi yoxdur, kubok da, çempionat da eyni əhəmiyyət daşıyır”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button