“Vinisiusa hər şeydə haqq qazandırmaq olmaz” – Keçmiş futbolçu

“Sevilya”nın sabiq futbolçusu Antonio Ramiro Peres “Real”ın vingeri Vinisius Juniorun azarkeş tərəfindən təhqir edilməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, irqçiliyə məruz qalan futbolçuya haqq qazandırmayıb:

“Biz Vinisiusa Nobel sülh mükafatını verməməliyik. Gördüyü işdə onun tam azadlığı varmı? Siz də buna dözməməlisiz. “Real” özünü bu şəkildə müdafiə etdiyini düşünürsə, yanılır. Düzdür, fanatların Vinisiusa qarşı müəyyən davranışları var ki, bu, müdafiə olunmaz və qınana bilər. Lakin ona sülh mükafatı da verilməməlidir. Bəs onun davranışı? O, pərəstişkarları ilə danışaraq da təxribat törədir. Vinisiusa hər şeydə haqq qazandırmaq olmaz”.

Vinisius Juniorun azarkeş tərəfindən təhqir edilməsi La Liqanın “Sevilya”nın “Real”la qarşılaşdığı (1:1) son matçında baş verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button