“Biz hər kəsin istədiyi oyunçunu əldə edə bildik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti”dən braziliyalı hücumçu Qabriel Jesusun transferini şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan məşqçi, bu transfer gerçəkləşdiyi üçün çox xoşbəxt olduğunu deyib:

“Çox həyəcanlıyam. Klub bu futbolçu ilə müqavilə imzalamaq üçün çox iş görüb. Mən Jesusu çox yaxşı tanıyıram və biz hamımız onun necə uğur qazandığını Premyer Liqada görmüşük. Mərkəz hücumçusu mövqeyi uzun müddətdir ki, diqqətimizdə idi. Biz hər kəsin istədiyi oyunçunu əldə edə bildik. Buna görə də, çox xoşbəxtəm”.

“Arsenal” Qabriel Jesusu transfer etdiyini bu gün rəsmən açıqlayıb.

Bizi Telegramda izləyin