“Çox şadam ki, “Vest Hem” məni seçdi” – Lopeteqi

Xulen Lopeteqi “Vest Hem”in yeni baş məşqçisi olub. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis təyinatdan sonra fikirlərini bildirib:

“Bəli, başqa seçimlərimiz də var idi. Amma çox şadam ki, “Vest Hem” məni seçdi. Biz bura böyük səs-küy yaratmaq ideyası və düşüncəsi ilə gəlmişik”.

Lopeteqi “Vulverhempton”dan ayrıldıqdan sonra, ötən ilin avqustundan işsiz idi.

“Vest Hem” Premyer Liqanın turnir cədvəlini 9-cu pillədə başa vurub və avrokuboklardan kənarda qalıb. Mövsümün sonunda David Moyes “çəkicdöyənlər”in baş məşqçisi postunu tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button