“Səbail”in oyununda 5 qol, liderdən qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun mərkəzi görüşündə “Qarabağ-2” “Neftçi-2” ilə qarşılaşıb. “Qarabağ-2” Rauf Hüseynlinin 90+8-ci dəqiqədə vurduğu qolla qələbə qazanıb. “Zaqatala” “Ağsu”nu, “Sumqayıt-2” isə “Sabah-2”-ni məğlub edib. “Şüvəlan” isə “Kəpəz” üzərində 4 cavabsız qolla qələbə qazanıb.

Son oyun günündə 3 qarşılaşma keçirilib. Lider MOİK “Keşlə-2″ni məğlub edib. “Zirə-2” “Turan Tovuz”, “Qaradağ Lökbatan” isə “Səbail-2” üzərində qələbə qazanıb.

Birinci divizion, 22-ci tur

11 aprel

Qarabağ-2 – Neftçi-2 2:1

Qol: Musa Qurbanlı, 55. Rauf Hüseynli, 90+8 – Ruslan Abışov, 45.
Hakimlər:
Kamal Umudlu, Zöhrab Abbasov, Elman Kərimov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”

Ağsu – Zaqatala 2:4

Qol: Ceyhun Rəcəbli, 37. Nicat Əhmədov, 41 – Maqsud Ələkbərov, 8. Roini İsmayılov, 25. Cavad Kazımov, 43. Elşad Əliyev, 57.
Hakimlər:
Rəşad Əhmədov, Səbuhi Əmrahov, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Ağsu şəhər stadionu

Sumqayıt-2 – Sabah-2 4:1

Qol: Səbuhi Abdullazadə, 41. Ülvi Əliyev, 82. Fərid Kərimzadə, 90+3-pen. Məhəmməd Alıyev, 90+6 – Samir Məmmədov, 8.
Hakimlər:
Rauf Allahverdiyev, Vüqar Bayramov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Şüvəlan – Kəpəz 4:0

Qol: Tural Qürbətov, 16. Akif Tağıyev, 33-pen. Murtazəli Abakarov, 45+4.
Kənan Mirzaliyev, 87.
Hakimlər:
Vüqar Həsənli, Yaşar Abbasov, Elmin Süleymanov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“AZAL Arena”

12 aprel

MOİK – Keşlə-2 2:1

Qol: Orxan Həsənov, 16. İbrahim Qədirzadə, 63 – Nurlan Quliyev, 74.
Qırmızı vərəqə: Orxan Fərəcov, 84 (“Keşlə-2”).
Hakimlər:
Namiq Bəkirov, Taleh Məmmədov, Elxan Əsgərzadə, Kamal Umudlu
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Səbail-2 – Qaradağ Lökbatan 2:3

Qol: Ruslan Hacıyev, 35. Aslan Hüseynov, 42 – Rövşən Şahmuradov, 45. Aqşin Muxtaroğlu, 52-pen. Emin Mehtiyev, 53.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

Zirə-2 – Turan Tovuz 2:1

Qol: Nurlan Rzazadə, 16; 28 – İlkin Sadıqov, 13-pen.
Hakimlər:
Rövşən Rəcəbov, Eyyub İbrahimov, Səbuhi Soltanov, Əliyar Ağayev
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“AZAL Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button