Tovuzda 11 qol, “Neftçi” darmadağınla qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Zirə”nin ikinci komandası MOİK-lə “sülh bağlayıb”. “Sumqayıt-2” isə “Mingəçevir”i 3 cavabsız qolla məğlub edib. “Şamaxı-2” – “Səbail-2” matçında isə 6 qol qeydə alınıb.

Turun qalan oyunları bu gün keçirilib. “Turan Tovuz-2” ilə “Araz Naxçıvan”ın oyununda qapılara nə az, nə çox, 11 qol vurulub.

“Neftçi”nin ikinci komandası səfər matçında darmadağına sevinib.

“Qarabağ-2” isə doğma meydanda “Zaqatala”ya uduzub.

Birinci divizion, 22-ci tur

29 mart

Zirə-2 – MOİK 1:1
Qol:
Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61-avtoqol.
Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 13:00

Sumqayıt-2 – Mingəçevir 3:0
Qol:
Ayxan Süleymanlı, 68-pen. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87.
Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00

Şamaxı-2 – Səbail-2 2:4
Qol:
Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 – Elvin Valiiev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+5-avtoqol.
Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu, 15:00

30 mart

Turan Tovuz-2 – Araz Naxçıvan 5:6
Qol:
Akif Tağıyev, 7. Elvin İsmayılov, 20. Həzrət İsayev, 30-avtoqol. Elçin Qasımov, 68. Abbas Ağazadə, 71 – Orxan Əliyev, 11; 88. Səbayıl Bağırov, 30-avtoqol. Bayraməli Qurbanov, 13; 61. Fəhmin Muradbəyli, 72.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 14:00

Kəpəz-2 – Qaradağ Lökbatan 0:1
Qol:
Rəvan Abasov, 62.
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

İmişli – Neftçi-2 0:5
Qol:
Elşad Tağıyev, 12; 21; 42. Seymur Əliyev, 60; 65.
Qırmızı vərəqə: Elnur Məmmədov, 25 (İmişli)
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Saatlı OİK stadionu, 15:00

Qarabağ-2 – Zaqatala 1:2
Qol:
Əli Abdullayev, 73-avtoqol – Bəhruz Teymurov, 9; 76.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button