“Liverpul” kimi top komandada çalışmaq fantastik olar, amma…” – Cerrard

 “Liverpul” keçmiş futbolçusu, hazırda Şotlandiyanın “Reyncers” klubunu çalışdıran Stiven Cerrard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis, gələcəkdə “qırmızılar”ı çalışdırması ilə bağlı suala belə cavab verib:

“Çox məqsədyönlü, iddialı insanam, öz işimə laqeyd yanaşmağı sevmirəm. Öz mövqeyimdə mümkün qədər yaxşı olmaq istəyirəm və hazırda əla heyətimiz var. Həqiqətən yaxşı komandamızın olduğunu hiss edirik və bundan məmnunuq. Tez-tez gələcəkdə harda olmaq istədiyim, arzularımla bağlı mənə suallar verilir. Məqsədim sadəcə növbəti oyunda qalib gəlməkdir, köklənməyim lazım olan yeganə məsələ budur. Digər məsələlərə isə vaxt ayırmıram. Bir gün “Liverpul” kimi top komandada çalışmaq fantastik olar, amma mən artıq üst səviyyəli bir komandada çalışdığımı hiss edirəm”.

Cerrard 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button