“Beşiktaş” Premyer Liqadan futbolçu transfer etdi

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu qatıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Vulverhempton” komandasından mərakeşli müdafiəçi Romen Saissi transfer edib. 32 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.

Saissinin “Beşiktaş”da illik məvacibi 1,8 milyon avro olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button