“Beşiktaş” alman mütəxəssislə razılaşdı

“Beşiktaş” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Daniel Farkeyə tapşırıla bilər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Beşiktaş”ın 45 yaşlı mütəxəssislə danışıqlar apardığı və artıq tərəflər arasında ilkin razılıq əldə edildiyi bildirilib.

Farke son olaraq İngiltərənin “Norviç” komandasını çalışdırıb. O, ötən ay Premyer Liqa klubunda istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button