“Beşiktaş” Azərbaycan millisinin sabiq üzvünü icarəyə verdi

“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi “Beşiktaş” futbolçusu Berkay Vardarı icarəyə verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında Moldova “Şerif”ində keçirəcək.

Vardar Azərbaycanın U-17 millisində 3, U-19 millisində 3 oyuna çıxıb. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

Xatırladaq ki, “Neftçi” və “Beşiktaş” arasında Bakıda keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button