“UEFA-nı ancaq pul maraqlandırır” – FOTO

Oktyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Union” – “Braqa” qarşılaşmasında (2:3) Berlin klubunun azarkeşləri mərkəzi tribunada UEFA-nı tənqid edən pankart açıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər belə bir yazı nümayiş etdiriblər:

“UEFA-nın stadion normaları: sizi idman maraqlandırmır, sizi ancaq pul maraqlandırır”.

Etirazın səbəbi isə “Union”un Çempionlar Liqası oyunlarını öz doğma stadionu “An der Alten Försterei”də deyil, Olimpiya stadionunda keçirməsi olub.

“Union” klub tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edib. İki turdan sonra Almaniya klubu C qrupunda 0 xalla dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button