Raulu “Real”da ən çox təəccübləndirən odur

“Real”ın sabiq hücumçusu Raul Madrid klubunun yarımmüdafiəçisi Çud Bellingem haqqında fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Bellingemin nə vaxtsa “Real”ın əfsanəsi ola biləcəyini deyib:

“Bellingem bu mövsüm məni ən çox təəccübləndirən “Real” oyunçusudur. O, çox yetkin futbolçudur və sanki bütün karyerasını burada keçirib. Bellingem “Real”ın əfsanəsi ola bilər.

Onun Zinəddin Zidanla müqayisəsi? Məncə, bu, yanlışdır. Zidan əfsanədir, Bellingem isə yenicə tarix yazmağa başlayıb. Mənim üçün bunlar fərqli oyunçulardır”.

Bellingem 2023-cü ilin yayından “Real”da oynayır. İngiltərəli futbolçu bu mövsüm 36 oyun keçirib, 21 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button