Bellingemin “Mançester Yunayted”ə keçidi niyə baş tutmayıb?

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer yarımmüdafiəçi Çud Bellingemi vaxtı ilə komandaya qoşulmağa razı salmağa çalışdığını açıqlayıb.

Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, norveçli mütəxəssis Bellingemi razı sala bilmədiklərini deyib:

“Bellingem “Mançester Yunayted”in məşq meydançasına gəldi. Biz Çudla danışıqlar aparmağa çalışdıq, lakin o, nə istədiyini bilirdi. Bellingem ilk komandasında müəyyən sayda oyun dəqiqəsi istəyirdi”.

Sulşer Bellingemin tanıdığı ən yetkin 17 yaşlı futbolçu olduğunu bildirib.

Hazırda “Real”da çıxış edən Bellingem bu mövsüm La Liqada 22 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button