“Bellingem əsl fenomendir” – “Real”ın keçmiş qapıçısı

“Real”ın sabiq qapıçısı İker Kasilyas yarımmüdafiəçi Çud Bellingemin Madrid klubundakı çıxışı haqda fikirlərini bildirib.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, 42 yaşlı sabiq qolkiper ingilis futbolçunu fenomen adlandırıb:

“Bellingem əsl fenomendir. Cəmi 20 yaşında o, futbolda əsl nümunə oldu”. 

20 yaşlı futbolçu 103 milyon avroya Dortmund “Borussiya”sından “Real”a keçib. Bellingem bu mövsüm bütün turnirlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button