AÇ-2020: Belçika millisi İtaliya və Almaniyanın rekordunu təkrarladı

Belçika milli komandası AÇ-2020-nin 1/8 final mərhələsində Portuqaliyanı məğlub edib – 1:0.

Komanda.az xəbər verir ki, Roberto Martinesin rəhbərlik etdiyi kollektiv Avropa çempionatının seçmə və final mərhələsində ardıcıl 14-cü qələbəsini qazanıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Belçika yığması ardıcıl qələbə sayında İtaliya və Almaniya milli komandasının rekordunu təkrarlayıb.

Belçika yığması ümumilikdə son 27 oyunda 23 qələbə qazanıb, ardıcıl 34 oyunda qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button