
Bekhem: “Hər il dağlarda dörd gün keçirməyə çalışıram”
“İnter Mayami”nin həmsahibi Devid Bekhem dağ tətilinin fotosunu paylaşıb. İngiltərəli sabiq futbolçu, oğlu Romeo ilə snoubord sürməyə gedib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tətilindən bir sıra foto, videolar paylaşıb və bunu yazıb:
“Hər il dağlarda dörd gün keçirməyə çalışıram. Kanadanın Ferni şəhəri mənim ən sevdiyim yerlərdən biridir”.
“İnter Mayami” MLS-də növbəti matçını martın 22-də, səfərdə “Nyu-York Siti”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



