“Arsenal” “Bayern”in futbolçusunu transfer edə bilər

“Arsenal” yanvar ayı üçün transfer planları barədə qərar verib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London təmsilçisi müdafiəni gücləndirməyə üstünlük verəcək. Lakin klub bir neçə yarımmüdafiəçini də nəzərdən keçirə bilər.

Matteys De Liqt və Niko Şlotterbek “Arsenal”ın transfer siyahısındadır. Ancaq klub onlardan birini almağı yox, icarəyə götürməyi planlaşdırır.

Həmçinin, baş məşqçi Mikel Arteta və köməkçiləri 17 yaşlı Jorrell Hatonun “Ayaks”dakı çıxışını yaxından izləyirlər. Lakin “topçular” bu qış onunla müqavilə bağlamayacaqlar. Klub qiyməti daha münasib və təcrübəli müdafiəçi almaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button