De Liqt Premyer Liqa klubuna keçə bilər

“Bayern”in müdafiəçisi Matteys de Liqt komandadan ayrılmaq istəyir.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxellə problem yaşayan niderlandlı futbolçu Münhen təmsilçisini tərk etmək istəyir.

24 yaşlı mərkəz müdafiəçisi “Mançester Yunayted”ə keçə bilər. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq “Ayaks”dan tanıdığı oyunçunu yenidən komandasında görmək istəyir.

“Bayern” Matteys de Liqti 2022-ci ilin yayında “Yuventus”dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button