“Bayern” yeni müdafiəçi transfer edir

“Tottenhem”in müdafiəçisi Erik Dayer karyerasını “Bayern”də davam etdirəcək.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 29 yaşlı futbolçu ilə artıq razılığa gəlib. Dayerin bu ay icarə əsasında “Bayern”ə keçəcəyi bildirilir.

Münhenlilərin baş məşqçisi Tomas Tuxel bu keçidin mümkün qədər tez baş tutmasını istəyir.

Dayer cari mövsümdə İngiltərə çempionatının 4 oyununda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button