
Vlahoviç Almaniya klubuna keçə bilər
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı forvarda “Bayern” maraq göstərir.
Almaniya çempionunun nümayəndələri Vlahoviçin İtaliyadakı vəziyyətini yaxından izləyir. “Yuventus” onunla yeni müqavilə imzalamasa, “Bayern” növbəti yayda serbiyalı hücumçunu pulsuz transfer etməyə çalışacaq.
25 yaşlı forvard bu mövsüm A Seriyasında 6 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



