“Bayern” onun üçün yayı gözləyəcək

“Bayern” bu qış “Çelsi”dən Kay Havertsi transfer etməyi planlaşdırmır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayern” artıq transfer bazarı ilə bağlı işləri başa çatdırıb. Yeni gələnlər müdafiəçi Deyli Blind və qapıçı Yan Sommerdir.

Ola bilsin ki, “Bayern” 2023-cü ilin yayında Havertsin transferini həyata keçirsin. Münhen klubu onun transferi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

23 yaşlı Haverts “Çelsi”yə 2019-cu ildə “Bayer”dən (Leverkuzen) 80 milyon avroya keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button