
Noyerlə yeni müqavilə müzakirə ediləcək
“Bayern”in idman direktoru Maks Eberl komandanın əsas qapıçısı Manuel Noyerin gələcəyi ilə bağlı açıqlama verib.
Almaniyalı qolkiperin klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, klub rəsmisi Noyerin “Bayern” üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Noyer klub üçün çox iş görüb. Onun tezliklə 40 yaşı olacaq, amma hələ də yüksək səviyyədə çıxış edir. Biz danışıqlar masasına əyləşəcəyik və müqavilə məsələsini müzakirə edəcəyik”.
Noyer 2011-ci ilin yayından etibarən Münhen təmsilçisinin formasını geyinir. O, cari mövsümdə 20 oyunda iştirak edib, 21 qol buraxıb və 6 matçda isə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



