“Bayer” – “Qarabağ” matçı ingiltərəli hakimə tapşırıldı

Almaniyada “Bayer” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Leverkuzendəki qarşılaşma martın 14-də, saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button