“Bavariya”nın futbolçusu koronavirusa qalib gəldi

“Bavariya”nın futbolçusu Serj Qnabri koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, 25 yaşlı hücumçunun son koronavirus testinin mənfi çıxdığı bildirilib.

Qnabri Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” matçında iştirak edə bilər. Qarşılaşma oktyabrın 27-də oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button