Basketbol: “Sabah” Çempionlar Liqasında “Borats”la qarşılaşacaq

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda oyuna çıxacaq.

Komandanın rəqibi Serbiya təmsilçisi “Borats” olacaq. Qarşılaşma Bosniya və Herseqovinada, saat 19:30-da start götürəcək.

“Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniya “Porşe BBA Lyudviqsburq”unu məğlub edib -72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button