Baş məşqçi koronavirusa görə komandadan kənarlaşdırıldı

Macarıstanın “Honved” klubu baş məşqçisi Cüzeppe Sanninonu postundan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssis koronavirus təhlükəsinə görə müvəqqəti komandadan uzaqlaşdırılıb. Belə ki, Sannino və köməkçilərindən bəzisi bir neçə gün əvvəl İtaliyada səfərdə olub. Son günlərdə bu ölkədə koronavirusun kəskin artmasından narahat olan “Honved” rəhbərliyi isə Macarıstana qayıdan italiyalı məşqçiləri düşərgəyə burxmayıb. Onlar komandanın digər üzlərini mümkün koronavirus təhlükəsindən qorumaq üçün, Sannino və köməkçilərini karantinə alıblar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button