Ya Cerrard, ya Martines

Baş məşqçi Din Smitlə yollarını ayıran “Aston Villa”da baş məşqçi postuna namizədlər bəlli olub.

Komanda.az xəbər verir ki, bunlar “Reyncers”in çalışdırıcısı Stiven Cerrard və Belçika millisinin baş məşqçisi Roberto Martinesdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Aston Villa” rəhbərliyinin Martinesi seçməsinin səbəbi onun Belçika yığmasını FİFA reytinqində zirvəyə qaldırmasıdır. Cerrardın da “Reyncers”dəki performansı rəhbərliyin gözünü oxşayıb.

“Aston Villa” rəhbərliyi hər iki mütəxəssislə danışıqlara başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button