“Düşünürəm ki, çox şans qazanmayacam” – “Barselona”nın yeni transferi

“Barselona”nın yeni transferi Luk de Yonq açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı hücumçu, oyun üslubu ilə Kataloniya təmsilçisində fərq yaradacağını deyib:

“Barselona”da olmaq inanılmazdır, sadəcə möhtəşəm! İlk oyunuma çıxmaq üçün səbirsizlənirəm.

“Barselona”da fərqli hücumçular var. Mən uzunam və başla yaxşı vuruşlarım var. Düşünürəm ki, çox şans qazanmayacam. Baş məşqçimiz Ronald Kumanla yaxşı münasibətim var. O, məndən nə vaxt istifadə etməli olduğunu bilir”.

“Barselona” de Yonqu “Sevilya”dan 1 illik icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button