“Barselona”nın yeni transferi məşqə gəlmədi

“Barselona”nın yeni transferi Adama Traore komandanın son məşqinə gəlməyib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

İspan hücumçu mədəsindəki narahatlığa görə məşqə gəlməyib. Traorenin “Espanyol”la La Liqa matçında iştirakı sual altındadır.

Fevralın 13-də keçiriləcək “Espanyol” – “Barselona” matçı saat 00:00-da başlayacaq.

“Barselona” Traoreni qış fasiləsində İngiltərənin “Vulverhempton” klubundan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button