“Barselona” ciddi klubdursa, penaltini Qrizmann vurmalıdır, Breytveyt yox”

“Barselona”nın sabiq futbolçusu Luis Suares Miramontes La Liqada “Eybar”la oyunda penaltidən yararlana bilməyən Martin Breytveyt haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Miramontes, penaltini Antuan Qrizmannın yerinə yetirməli olduğunu deyib:

“Barselona” ciddi klubdursa, penaltini Qrizmann vurmalıdır, Breytveyt yox. “Barselona”da daha yaxşı oyunçular var. Komandada topla oynayan, penaltini düzgün yerinə yetirən və daha çox qol vuran futbolçular var”.

Martin Breytveyt “Barselona”nın La Liqanın 16-cı turu çərçivəsində “Eybar”la keçirdiyi oyunda (1:1) penaltidən yararlana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button