“Barselona”nın futbolçusu finalda oynaya biləcək

“Barselona”nın futbolçusu Nelson Semedo zədəsini tam sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin artıq komanda ilə ümumi məşqlərə başladığı bildirilir.

25 yaşlı müdafiəçi La Liqanın sonuncu – 38-ci turunun “Eybar”la qarşılaşmasında (2:2) zədələnmişdi. Bu üzdən də Semedonun İspaniya kubokunun finalında iştirakı sual altında idi.

“Barselona” İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşacaq. Mayın 25-də keçiriləcək bu oyuna saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button