“Barselona”dan ayrılmaq istəyirəm” – Suares

“Barselona”nın futbolçusu Denis Suares Kataloniya təmsilçisindən ayrılmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib:

“Barselona”dan ayrılmaq istəyirəm. Əsas məqsədim La Liqada qalmaqdır. Mənimlə heç bir klub əlaqə qurmayıb”.

Son mövsümün ikinci yarısını icarə əsasında “Arsenal”da keçirən Suareslə “Atletiko”, “Valensiya” və “Vilyarreal” yaxından maraqlanır. 25 yaşlı futbolçunun “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button