
“Barselona”nın futbolçusu əməliyyat olunacaq
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının 37-ci turunda “Betis”ə qarşı keçirilən matçda zədələnib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb.
İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.
“Barselona” “Betis”lə keçirilən ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



