
“Barselona”nın əsas hədəfi odur
“Barselona”nın prezidenti Xuan Laporta yay transfer pəncərəsində səs-küylü bir keçid reallaşdırmağa ümid edir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərinin əsas transfer hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvaresdir.
Argentinalı futbolçunun transferi 100 milyon avrodan baha başa gələ bilər və “Barselona”nın bu məbləği ödəyib-ödəyə bilməyəcəyi hələ də sual altındadır. Bu səbəbdən, klubun idman direktoru Deku daha əlçatan alternativləri də nəzərdən keçirir. Həmin siyahıda “Yuventus”un forvardı Duşan Vlahoviç də yer alır. Serbiyalı hücumçu azad agent statusu əldə etməyə yaxındır.
Son dövrlər “Barselona”da yeni hücumçu axtarışlarının aktivləşməsi təsadüfi deyil. Belə ki, polşalı forvard Robert Levandovskinin klubla müqaviləsinin bitməsinə cəmi yarım il qalıb və onun komandanı tərk etmə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Bizi Facebook-da izləyin



