“Barselona”dan ayrılan futbolçunun yeni klubu – rəsmi

Barselona”dan ayrılan hücumçu Martin Breytveyt Kataloniyanın digər klubu “Espanyol”a keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı forvard yeni klubu ilə 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Dünən “Barselona” Breytveytlə müqaviləni ləğv etdiyini açıqlayıb. 31 yaşlı futbolçu 2020-ci ilin fevral ayından “Barsa”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button