“Barselona” Onanaya görə 3 futbolçusundan vaz keçə bilər

İspaniyanın “Barselona” klubunun “Ayaks”ın qapıçısı Andre Onananı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi ilə danışıqlara başlayan Kataloniya klubu, qarşı tərəfə üç futbolçusunu təklif edib. “Barselona” Onananın transferi üçün Neto, Karles Alenya, Riki Puç və ya Aleks Kolladanı danışıqlara daxil edib.

Daha əvvəl “Ayaks”ın Onana üçün “Barselona”dan 40 milyon avro tələb etdiyi deyilirdi.

“Barsa”nın yetirməsi olan Onana 2015-ci ilin qışından “Ayaks”da çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button