“Barselona”da daha bir itki

İspaniyanın “Barselona” klubu daha bir itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “Barsa”nın yarımmüdafiəçisi Serxio Roberto sağ bud nahiyəsindən zədə alıb. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.

29 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

“Barselona”da bir müddət əvvəl Ansu Fati və Frenki De Yonq zədələnmişdi.

“Barsa” bu gün La Liqanın 12-ci turu çərçivəsində öz meydanında “Alaves”lə qarşılaşacaq. Oyun saat 23.00-da başlayacaq.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button