“Barselona” yetirmələrinin müqavilə şərtlərində dəyişiklik edib

“Barselona” akademiyasının yetirmələrinin müqavilə şərtlərində dəyişiklik edib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, gənc oyunçular müəyyən mərhələlərə çatdıqca onların satış haqqı artırılacaq.

Məsələn, UEFA Gənclər Liqasındakı debüt satış haqqını 6 milyon avrodan 8 milyon avroya yüksəldir. “Barsa Atletik” komandası ilə ən azı bir dəfə oyun oynamış oyunçular üçün isə çıxış haqqı 10 milyon avroya çatacaq.

2008-ci il təvəllüdlü və artıq ikinci komanda üçün qeydiyyatdan keçmiş oyunçuların çıxış məbləği 15 milyon avrodan artıqdır.

Dəyişikliklər bu qış Dro Fernandesin PSJ-yə keçidindən sonra tətbiq olunub. Paris klubu onun 6 milyon avroluq çıxış haqqını aktivləşdirib və yekun transfer məbləği 8 milyon avrodan bir qədər artıq olub.

Dro Fernandes yeni şərtlərlə və əsas komandada beş oyun nəzərə alınaraq müqavilə bağlasa idi, onun çıxış haqqı 25 milyon avro olardı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button