Martines olmasın, Verner olsun!

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Timo Verner daha bir klubun maraq dairəsindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. Kataloniya klubu “İnter”dən Lautaro Martinesin keçidini həll edə bilməsə, Verneri heyətinə qatmaq üçün hərəkətə keçəcək.

“Barselona”nın Martinesi transfer etməyinin çətin olduğu bildirilir.

Vernerin adı “Liverpul” və “Bavariya” kimi klublarla da yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button