“Barselona” keçmiş futbolçusu üçün təklif göndərəcək

“Barselona” sabiq müdafiəçisi, hazırda “Fiorentina”da çıxış edən Yerri Minanı transfer edə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiə xəttini gücləndirməyi planlaşdırır. İspaniya klubu 29 yaşlı mərkəz müdafiəçisi üçün Florensiya təmsilçisinə rəsmi təklif göndərəcək.

Yerri Mina mövsümün əvvəlindən “Fiorentina”da çıxış edir. Kolumbiya millisinin üzvü cari mövsümdə İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button