
“Barselona”dan Olmo qərarı
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo yay transfer dövründə komandadan ayrılmayacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu satmağı planlaşdırmır. Bundan əlavə, Olmonun özü də “Barselona”nı tərk etmək niyyətində deyil.
Daha əvvəl 27 yaşlı oyunçuya “İnter”in maraq göstərdiyi bildirilirdi, ancaq transferin baş tutma ehtimalı aşağı qiymətləndirilir.
“Barselona” Olmonu 2024-cü ildə “Leyptsiq”dən geri qaytarıb və sabiq yetirməsi üçün qarşı tərəfə 55 milyon avro ödəyib.
O, cari mövsümdə bütün turnirlərdə 38 oyunda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



