
“Barselona” “Şaxtyor”un hücumçusunu transfer edə bilər
“Şaxtyor”un hücumçusu Kaua Elias karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvardın xidmətində “Barselona” maraqlıdır.
“Şaxtyor” rəhbərliyi 20 yaşlı futbolçunun mümkün transferindən təxminən 40 milyon avro gəlir əldə etməyi planlaşdırır. Hücumçunun Kataloniya klubunda Robert Levandovskini əvəzləmək üçün nəzərdə tutulduğu vurğulanır.
Elias 2025/26 mövsümündə Ukrayna təmsilçisinin heyətində 36 oyunda meydana çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



