“Barselona” Koutinyonu “Aston Villa”ya satdı

İngiltərənin “Aston Villa” klubu İspaniya “Barselona”sının futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. İngiltərə klubu bu keçidə görə qarşı tərəfə 20 milyon avro ödəyib.

Xatırladaq ki, 30 yaşlı “sambaçı” cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi. O, “Aston Villa”da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.