“Barselona”da 3 itki – “Sevilya” ilə oyunu buraxacaqlar

“Barselona” klubunun üç futbolçusu sıradan çıxıb.

Komanda.az xəbər verir ki, Miralem Pyaniç, Martin Breytveyt və Serjinyo Dest zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər üç futbolçu zədə səbəbindən İspaniya kubokunda “Sevilya” ilə keçiriləcək yarımfinal matçını buraxacaq.

“Sevilya” – “Barselona” matçı fevralın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button