“Barselona” ilə “Yuventus” nədə razılığa gələ bilmir?

“Barselona” və “Yuventus” niderlandlı hücumçu Memfis Depayın transferi ilə bağlı danışıqlar aparır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu futbolçunu icarəyə götürməkdə israrlıdır. Kataloniyalılar isə oyunçunu satmaq istəyir.

Xəbərdə bildirilir ki, “Barsa” Depayı 15-20 milyon avroya satmaq istəyir, “Yuventus” isə satınalma şərti ilə onu icarəyə götürməkdə israr edir.

Depay ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 37 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button