“Barselona” Fernandesi transfer edə bilməyəcək

“Mançester Yunayted”ə məxsus olan yarımmüdafiəçi Bruno Fernandes “Barselona”ya keçməyəcək.

Komanda.az “Deadlinedaylive”-yə istinadən xəbər verir ki, maliyyə çatışmazlığı səbəbindən sövdələşmə baş tutmayacaq.

29 yaşlı portuqaliyalı futbolçunun bazar dəyəri 70 milyon avrodur. Yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Fernandes Premyer Liqanın 2023/24 mövsümündə 35 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button