“Barselona” “Atletiko” ilə anlaşıb – Portuqaliyalıya görə

“Barselona” hücumçu Joao Feliksi transfer etmək üçün Madrid “Atletiko”su ilə razılığa gəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, kataloniyalılar 23 yaşlı portuqaliyalını icarə əsasında heyətinə qatacaq.

Bu ilin iyulunda Feliks “Barselona”ya keçmək arzusunda olduğunu demişdi. Onun “Atletiko” ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Futbolçu 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında çıxış edib. O, London klubunda 20 matçda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button