“Barselona” çempionluğu “el klasiko”da rəsmiləşdirə bilər

“Barselona” İspaniya çempionatının turnir cədvəlinə inamla başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Real” üzərində 9 xallıq üstünlüyə malikdir.

Bununla yanaşı, iki əzəli rəqib arasında növbəti qarşılaşma mayın 10-da baş tutacaq. Həmin vaxta qədər komandalar bütün oyunlarını qələbə ilə başa vursalar və mövcud xal fərqi qorunub saxlanılsa, “Barselona”nın məhz “el klasiko”da çempionluğu rəsmiləşdirmək şansı yaranacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya çempionatının tarixində bu iki klub arasında baş tutan yüzlərlə oyuna baxmayaraq, heç vaxt çempionluq “el klasiko”da müəyyənləşməyib. Bu isə qarşıdakı oyunu daha da prinsipial və tarixi edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button